Kollecə qəbul haqqında
Quba Tibb Kollecində tədris Azərbaycan dilində keçirilir.Kollecə qəbul imtahan nəticələrinə görə TQDK -nın müvafiq əmrinə əsasən hər il V qrup ixtisası üzrə aparılır. Qəbul planı Tibb bacısı (qardaşı) işi ixtisası üzrə 40(20 ödənişli,20 nəfər dövlət hesablı),”Mamalıq işi” ixtisası üzrə 25(15 nəfər ödənişli,10 nəfər dövlət hesablı) nəfər təşkil edir. Quba Tibb Kollecinə orta ixtisas və ali təhsilli məzunların da “əlavə təhsil” almaqları üçün qəbuluna 2022-ci ildən sonra icazə verilmişdir.