Quba Tibb Kollecinin direktoru:
Mirzəliyev Mikayıl Mövlud oğlu

18.08.1960-cı ildə anadan olmuşdur. 1983-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun (indiki Azərbaycan Tibb Universiteti) “Müalicə işi” fakultəsində təhsil almışdır. İxtisasca Terapevtdir. 1989-cu ildən 2014-cü ilə qədər Quba Mərkəzi rayon Xəstəxanasıda TTTY şöbəsində həkim terapevt vəzifəsində çalışıb. 2014-cü ildən Quba Tibb Kollecinin direktoru vəzifəsində çalışır.

Tədris işləri üzrə direktor müavini:
Əliyeva Nəzirə Cəbrayıl qızı

19 İyul 1981-ci ildə anadan olmuşdur. 1998-ci ildə “Təfəkkür” Universitetinin Tibb fakultəsinə qəbul olmuş və 2004-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsini bitirmişdir. 2021-ci ildən Quba Tibb Kollecində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır.