Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
"Quba Tibb Kolleci" Publik Hüquqi Şəxs

Azərbaycan Respublikası Prezidentinin 2012- ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Səhiyyə sahəsində orta kadr çatışmamazlığının aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlən Kabinetinin 19 sentyabr 2013-cü il tarixli 261 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Quba Tibb Kolleci” Publik Hüquqi Şəxs yaradılmış və Tibb Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına” daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2013-cü il tarixli 42№-li qərarı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə “Quba Tibb Kolleci” Publik Hüquqi Şəxsin pedaqoji və inzibatı xidmətedici kadrlarla, müvafiq maddi- texniki baza və bina ilə təminatı, təhsil alacaq tələbələrin sayı, tələb olunan maliyyə vəsaitinin həcmi və fəaliyyəti ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmışdır. “Quba Tibb Kolleci” Publik Hüquqi Şəxs ilk dəfə “Tibb bacısının işi”ixtisası üzrə fəaliyyətə başlamışdır.2018-ci ildən isə artıq QubaTibb Kolleci Tibb bacısı (qardaşı),Mamalıq işi  ixtisasları fəaliyyət göstərir. Hazırda kollecdə 205  nəfər tələbə təhsil alır.Təhsil forması əyanidir. QubaTibb Kollecində təcrübəli,peşəkar həkim ,müəllim  və texniki işçi heyəti çalışır. QubaTibb Kolleci respublikamızın şimal zonasında orta ixtisaslı tibb kadrları hazırlayan yeganə tibb kollecidir. Fəaliyyət göstərdiyi ildən bu günə kimi 265 məzun diplom almışdır .Onların böyük əksəriyyəti  şimal zonası üzrə müxtəlif dövlət və özəl xəstəxanalarında  fəaliyyət göstərirlər.

Vitae ultrices porttitor sit
aliquet tellus. Nisi.